SON XƏBƏRLƏR
"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsində şahidlər ifadə verib

Yazının dərc olunma Tarixi: 13/3/2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsində şahidlər ifadə verib
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kərəm Quliyev dindirilib.

O, təqsirləndirilən şəxsi tanımadığını söyləyib: "Bacım qızı Mehriban İmanova ev almaq istəyirdi. Buna görə ona pul lazım idi. Biz də ona 2500 manat pul verdik. Lakin evi kimdən aldığını, necə aldığını bilmirəm".

Hakimin suallarını cavablandıran şahid bildirib ki, bacısı qızına ev satan jurnalistlər üçün nəzərdə tutulan binadan mənzil alacağı vədini verib.

Daha sonra digər şahid Maqsud Quliyev ifadə verib. O, K.Quliyevlə qardaş olduğunu deyib. M.Quliyev də eyni məzmunlu ifadə verib.

Şahid Zamiq Nuriyev dindirilən zaman Mehriban İmanovanın bacısının həyat yoldaşı olduğunu deyib. O, M.İmanovaya ev almaq üçün pul verdiyini qeyd edib.

Digər şahid Natiq Şıxıyev ifadəsində təqsirləndirilən şəxsə jurnalistlərin binasından ev almaq üçün 23 min manat pul verdiyini deyib: "Gündüz mənə jurnalist vəsiqəsi də hazırlayıb vermişdi".

G.Hüseynov şahidin dediklərini təsdiq edib və söyləyib ki, pulu Aslan Ağayevə verib.

G.Hüseynovun vəkili A.Ağayevin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Hakim bildirib ki, həmin şəxsin ünvanı da məhkəməyə təqdim edilmədir.

G.Hüseynov söyləyib ki, həmin şəxs qəzetində redaktor müavini olub.

Məhkəmə prosesi martın 27-də davam etdiriləcək.

İttiham aktına əsasən, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində dindirilən Sveta Qarayeva bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, mərhum həyat yoldaşıma saxta jurnalist vəsiqəsi verib və jurnalistlərə tikilən mənzildən də ev alacağı vədini verib.

Digər şahid Xalidə İsmayılova ifadəsində söyləyib ki, o, "Zaman Press" qəzetində çalışıb, qəzetin rəhbəri G.Hüseynova 42 min manat pul verib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".



Fikrini bildir
TƏQVİM
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30