SON XƏBƏRLƏR
Kamran Əliyevə DYP-də yeni vəzifə verilib

Yazının dərc olunma Tarixi: 4/4/2018

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyevə yeni vəzifə verilib.
Kamran Əliyevə DYP-də yeni vəzifə verilib
"Report" xəbə verir ki, daxili işlər nazirinin əmri ilə Kamran Əliyev vəzifəsindən azad edilərək BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyin edilib. Bu vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. O, bir neçə ay əvvəl təqaüdə çıxdığı üçün həmin şöbədə rəis postu boş idi.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.



Fikrini bildir