SON XƏBƏRLƏR
Zərərçəkmiş: “Elmira Axundova evində mənə 200 min manatı şəxsən özü verdi”

Yazının dərc olunma Tarixi: 1/6/2018

Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işinin bəzi detalları məlum olub. O, istintaqa ifadəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovla aralarındakı ticarət əlaqələrindən və sonradan yaranan borc məsələsindən danışıb.
Zərərçəkmiş: “Elmira Axundova evində mənə 200 min manatı şəxsən özü verdi”
İbtidai istintaqda ifadə verən E.İbrahimov özünü təqsirli bilmədiyini söyləyib. O bildirib ki, 2007-2009-cu illərdə “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib: "2011-ci ildə ofis və dəftərxana ləvazimatlarının və katriclərin satışını həyata keçirmək üçün “E Plus E Company” MMC-ni yaratdım. Katric alverini əsasən “Falkon” şirkətinin direktoru Rövşən Məmmədovla edirdim. Daha çox qazanc əldə etmək üçün işlədiyim şəxsərdən böyük məbləğlərdə borclar almağa başladım. Bu işə Rövşən Məmmədovun tanışı Müjgan Mehtiyeva da qoşuldu. Müjgan Mehtiyeva isə qardaşı Muradı bu işə cəlb etdi. Daha sonra dostum Anar Babayevdən borca pul alıb, qazancı ilə geri qaytardım. Anar Babayev də öz dostu Anar Surxayzadəni bu işə qoşdu".

Onun sözlərinə görə, bu iş deputat E.Axundovanın oğlu H.Axundova qədər gedib çatıb: "Həbib Axundov da tanışları Fərman Məmmədov və Nazir Mirzəyevi bu işə qoşaraq onaların qazanc əldə etmələrinə şərait yaratmaq istədi".

E.İbrahimov qeyd edib ki, xaricdən ucuz qiymətə aldığı katric və digər ofis ləvazimatları ilə qısa zamanda pul qazandığını vəd edərək, yuxarıda adı çəkilən və daha bir neçə şəxsdən külli miqdarda pul alıb.

İttiham aktına əsasən, o, ilk başda onalara günlük, həftəlik və aylıq qazanclar versə də, sonradan vədinə əməl etməyib.
E.İbrahimov ifadəsi zamanı H.Axundovla əlaqələri və biznesi barədə danışarkən söyləyib ki, deputat oğlunu sinif yoldaşı Orxan Xanbabayevə görə tanıyıb: "2006-cı ildən aramızda münasibət yaranıb, məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min pul istədim. O da verdi. Axşam isə əlavə 500 manat qazancla pulu geri qaytardım. Sonra bir günlüyə 10 min aldım, 1500 artığı ilə qaytardım. Daha sonra 25 min istədim. Həbib o qədər pulunun olmadığını bildirdi və Fərman Məmmədovdan alıb mənə verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib Fərmanda pulun olmadığını dedi. Faizə pul verən Nazir adlı şəxsə danışdılar. Onladan 90 min alıb, 99 min qaytardım. Daha sonra həfətsi 12 min qazanc olmaqla 90 min manat bir neçə dəfə alıb, qayatrmışam. Sonra işlər yaxşı getmədi deyə pulları qaytara bilmədim. Həbib özünün, Fərmanın və Nazirin pulunu tələb edirdi. 2013-cü ildə söhbət zamanı məlum oldu ki, onlardan aldığım ümumi məbləğ 535 min manatdır. Həbib tanışları Orxan və Zarinadan aldığım pulları da ona qaytarmağımı tələb etdi. Buna görə də aramızda 735 min manatlıq borc müqaviləsi imzalamığımı istədi. Mən onlara bu müddət ərzində qazanc verdiyimi dedim və heç olmasa əsas məbləğdən həmin qazancın çıxarılmasını istədim. Fərman 125 min qazanc götürdüyünü və ona 450 min pul ödəməli olduğumuzu söylədi. Həbib Axundov da məcbur qalıb həmin məbləği Fərmana ödəyib”.

Zərərçəkmiş Fərman Məmmədov isə dindirilən zaman qeyd edib ki, E.İbrahimovla deyil, H.Axundovla iş görmək adı ilə danışıb. O bildirib ki, H.Axundov ona dostu Fuad adlı şəxslə biznes sahəsi yaratdıqlarını və yaxşı qazanc əldə edəcəklərini vurğulayıb: “Ofis ləvazimatları və katricləri xaircdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Həbib mal çatdıra bilmədiyini deyib, məndən borca pul istədi. O, qazancdan gələn gəlirdən verəcəyini bildirdi və mən də ona inandım. İlk dəfə Həbibə 10 min verdim və 11 min qaytardı. Həmin pulun Elnura verildiyini bilmirdim. Sonra müxtəlif tarixlərdə ümumilikdə 435 min manat vermişəm. 2013-cü ildə görüşəndə Həbib Elnurun pulları ələ keçirdiyini, mənim isə pulumu qəpiyinə qədər geri qaytaracağını söylədi".

F.Məmmədov ifadəsində deyib ki, H.Axundov ona zəng edib, E.İbrahimovun adamları tərəfindən tutulduğunu və Şüvəlandakı bağlarına apardıqlarını bildirib: "Mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərədn pul aldığını etiraf elədi. Bir gün sonra Elmira Axundova mənə zəng edib, Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Həbiblə görüşdük və mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 min manatı şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini söylədi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina elədi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm”.

Cinayət iş üzrə zərərçəkmiş qismində tanınan H.Axundov dindirilən zaman söyləyib ki, E.İbrahimov onu və digər tanışlarını aldadaraq “piramida” qurub.

Onun sözlərinə görə, təqsirləndirilən ayrı-ayrı adamlardan aldığı pulu digər şəxslərə qazanc kimi verərək, onların etibarını qazanıb və daha sonra onlardan külli miqdarda pul alıb.

H.Axundov ifadəsində özünün də E.İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən F.Məmmədovun E.İbrahimova verdiyi pullalara görə, zamin durmasına da münasibət bildirən H.Axundov vurğulayıb ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb: "Fərman Məmmədovun Fuada verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürdüm. Daha sonra isə 50 min manat ödədim".

Qeyd edək ki, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, o, deputat E.Axundovanın oğlu H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirərək külli miqdarda dələduzluq edib.



Fikrini bildir