SON XƏBƏRLƏR
Bakıda şirkətin pulunu mənimsəyən satış menecerinin apellyasiya şikayəti təmin edilməyib

Yazının dərc olunma Tarixi: 16/6/2018

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Niyal Cabbarov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bakıda şirkətin pulunu mənimsəyən satış menecerinin apellyasiya şikayəti təmin edilməyib
“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Cabbarovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

N.Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manat pulunu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə

N.Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib, N.Cabbarov məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



Fikrini bildir
TƏQVİM
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31