SON XƏBƏRLƏR
Məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edilib

Yazının dərc olunma Tarixi: 19/7/2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir qrup jurnalist üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edib.
Məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edilib
“Report”un xəbərinə görə, məqsəd məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə jurnalistlərin ilk mənbədən dolğun məlumat əldə etməsinə imkan yaratmaq olub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll edilməsi üçün mövcud qanunvericilik əsasında bütün zəzuri tədbirləri görür. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bir müddət öncə, istifadəyə verilən “Qobu Park” yaşayış kompleksinin də məhz belə layihələrdən biri olduğu vurğulanıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşdirilməsində sahibkarlar iştirak ediblər.

Jurnalistlər burada məcburi köçkün ailələrinin yerləşdirilməsi vəziyyəti və onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, kompleksdə 1026 mənzil var, 160 məcburi köçkün ailəsi buraya yerləşdirilib, Bakının digər ərazilərindən də məcburi köçkünlərin kompleksə köçürülməsi nəzərdə tutulur.

Məcburi köçkünlər yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Onlar bildirib ki, kompleksdə yaşayış üçün bütün şərait yaradılıb. Sakinlər bu cür addımların nümunə olduğunu qeyd ediblər.



Fikrini bildir