SON XƏBƏRLƏR
Qobustanda qanunsuz ov edən şəxs cərimələnib

Yazının dərc olunma Tarixi: 14/8/2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.
Qobustanda qanunsuz ov edən şəxs cərimələnib
Nazirlikdən "Report"a verilən məlumata görə, reyd zamanı rayonun Çuxanlı kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılaraq ondan ov tüfəngi və ovlanmış tülkü götürülüb.

Araşdırma zamanı qanun pozucusunun Qobustan rayon sakini Şahin Maksudov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona qanunamüvafiq qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.



Fikrini bildir