SON XƏBƏRLƏR
Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Yazının dərc olunma Tarixi: 21/8/2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbulda sədr Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Qəbulda məcburi köçkünlərin mənzil-məişət, kommunal, status, işəgötürmə ilə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib, onlara geniş izahat verilib.

Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Bu günə qədər onlar üçün 98 qəsəbə salınıb. Prezident İlham Əliyev hər zaman bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə xüsusi diqqət və qayğı göstərir. Birinci vitse-prezident Mehriban Əliyeva ən qəzalı və ən ağır şəraitdə yaşayan məcburi köçkünlərlə əlaqədar aparılan işin sürətləndirilməsi üçün tapşırıqlar verib. Görülən bütün işlər məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu və prioritet təşkil etdiyini göstərir.

Qəbulda iştirak edən məcburi köçkünlərin ərizələri aidiyyəti şöbələrin nümayəndələri tərəfindən qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və qanuna uyğun tədbirlər görülməsi üçün göstəriş verib.



Fikrini bildir