SON XƏBƏRLƏR
Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib

Yazının dərc olunma Tarixi: 9/2/2019

Dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycndakı səfirləri və digər qonaqlar iştirak edib.
Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib
Nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidə-kompleksini ziyarət etdikdən sonra toplantı işinə başlayıb. TDƏŞ Baş katibinin müavini Ömər Kocaman qonaqları salamlayaraq bugünkü görüşün türkdilli dövlətlərin diasporla iş shəsində mövcud təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyətini vurğulayıb.

Daha sonra DİDK sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri uzun illərdir mövcud olan Türk dünyasının birliyi ideyasından danışıb, bu istiqamətdə Atatürkün və ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. F. Muradov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlətləri və cəmiyyətləri rəhbərlərinin qurultayının, eləcə də digər önəmli tədbirlərin keçirildiyini, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildiyini xatırladıb. Türk Şurasına üzv ölkələrin diaspor sahəsində ortaq fəaliyyət planının tərkib hissəsi olan bugünkü tədbirin də ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin sədr müavini Abdulhadi Turus, Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozaral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin İctimai Saziş Komitəsinin Etnoslararası Razılıq və Diasporlarla Qarşılıqlı əlaqələr idarəsinin rəisi Meiram İmanbayev, Qırğızıstanın Rusiya Federasiyasındakı Səfirliyində Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Qaliyeva Jarkinay və başqaları çıxış ediblər. Onlar təmsil etdikiləri qurumların diaspor sahəsindəki təcrübəsini bölüşərək, görülən işlər və həyata keçiriləcək layihələr haqqında məlumat verib. Toplantıda təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirilib,həyata keçiriləcək konkret tədbirlər müzakirə olunub.

Daha sonra o, DİDK-nın fəaliyyəti,xüsusi ilə son dövlərdə görülən işlərdən danışıb, bu istiqamətdə TDƏŞ-ə üzv ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Dövlət Komitəsinin rəhbəri eyni zamanda, birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, Xocalı soyqırımının növbəti ildönümünün yaxınlaşdığını xatırladıb. Qeyd edib ki, hər il soyqırımı qurbanları bütün dünyada, xüsusilə də türkdilli ölkələrdə anılır. Gələcəkdə belə tədbirləri birgə təşkil etməyin səmərəli olacağını bildirib.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

TDƏŞ Baş katibinin müavini Ömər Kocaman gələcək planlar barədə danışaraq, 2019-cu il üçün nəzərdə tutulan layihələri açıqlayıb. Qeyd edib ki,2019-cu ilin martında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin dəstəyi ilə Almaniya və ya Fransada fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin nümayəndələri, may ayının sonu-iyun ayının əvvəlində isə DİDK rəhbərliyi ilə ABŞ-dakıtürkdilli diaspor üzvləri üçün təlimin keçirilməsi planlaşdırılır.

Tədbir TDƏŞ nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci İclası ilə davam edib.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28