SON XƏBƏRLƏR
Gözəl Bayramlı azadlığa buraxılıb

Yazının dərc olunma Tarixi: 17/3/2019

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Gözəl Bayramlı azadlığa buraxılıb
"Report" xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb.

Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.

Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.



Fikrini bildir