SON XƏBƏRLƏR
Almatıda II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək

Yazının dərc olunma Tarixi: 14/4/2019

Aprelin 15-də Almatıdakı “Kazjol” otelində II Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunacaq.
Almatıda II Qazaxıstan-Azərbaycan turizm forumu keçiriləcək
Virtualaz.org-un məlumatına görə, forum Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və bu ölkənin Turizm İnstitutunun dəstəyi ilə keçiriləcək. Tədbirdə bu sahədə əməkdaşlığın perspektivləri müzakirə ediləcək, iki ölkənin turizm imkanlarının təqdimatı olacaq.

Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal "B2B" formatında danışıqları nəzərdə tutulub.



Fikrini bildir