SON XƏBƏRLƏR
Nazirlik:""Təzəpir" məscidinin yaxınlığında qazıntı zamanı tapılan tikili tarixi abidə siyahısında olmayıb"

Yazının dərc olunma Tarixi: 18/4/2019

Mədəniyyət Nazirliyi Bakıda “Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının aşkarlanmasına münasibət bildirib.
Nazirlik:""Təzəpir" məscidinin yaxınlığında qazıntı zamanı tapılan tikili tarixi abidə siyahısında olmayıb"
Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

F.Hüseynov qeyd edib ki, həmin tikili şəxsi mülkdə olan hamamın külxanasıdır: “Təxminən, 12 il əvvəl orada tikinti işləri görülüb və yaxınlıqda avtomobil dayanacağı da olub. Tikinti işləri gedən zaman da həmin hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Çünki külxanalar həmişə tikili özülünün aşağısında olub. Bu cür hamamlar şəxsi mülkə aid olsa da abidə sayıla bilər, lakin həmin tikili tarixi abidə siyahısında olmayıb”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə “Report”a bildirilib ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi məşğul olur.

Qeyd edək ki, qədim hamam qalıqlarının aşkarlanması ilə bağlı məlumatı və fotoları sosial şəbəkədə Haqqin.az və Virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev yayıb.



Fikrini bildir