SON XƏBƏRLƏR
“Xəstəlik boğazıma qədər yayılıb” – Tünzalə

Yazının dərc olunma Tarixi: 12/5/2019

Əməkdar artist Tünzalə Ağayeva yenidən onkoloji xəstəliyə tutulub .
“Xəstəlik boğazıma qədər yayılıb” – Tünzalə
Aktrisa bu haqda sosial şəbəkədə yazıb: “Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacağam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam,amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmənnasız ediləcək”.

Qeyd edək ki, aktrisa bir müddət öncə xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. O, əməliyyat olub, terapiya aldıqdan sonra sağaldığını bildirmişdi.



Fikrini bildir