SON XƏBƏRLƏR
Arif Hacılı saxlanıldı

Yazının dərc olunma Tarixi: 12/11/2019

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb. Virtualaz.org bildirir ki, Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlının jurnalistlərə verdiyi məlumata görə, A.Hacılı partiyanın ofisinə gedərkən 8-ci mikrorayonda saxlanılıb.

Arif Hacılı saxlanıldı "Onun maşını yol polisi tərəfindən saxlanılıb. Hacılı maşından düşürülüb və saxlanılıb. Başqanın hara aparıldığı hələ bilinmir”, - deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket təyin etmişdi. Ancaq şəhər rəhbərliyi tərəfindən aksiyaya icazə verilməmişdi. Buna baxmayaraq, Arif Hacılı tərəfdarlarını piketə çıxmağa çağırmışdı.



Fikrini bildir