SON XƏBƏRLƏR
Gəncədə karantin rejimini pozan çörək sexi aşkarlandı

Yazının dərc olunma Tarixi: 6/6/2020

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Gəncədə karantin rejimini pozan çörək sexi aşkarlandıDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.



Fikrini bildir