SON XƏBƏRLƏR
"Gürcülər və azərbaycanlılar arasında fikir ayrılığı yaratmağa çalışırlar"

Yazının dərc olunma Tarixi: 6/6/2020

Gürcüstan Müsəlmanları Ali Ruhani İdarəsinin sədri Şeyx Mirtağı Əsədov Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağrılıb.

"Gürcülər və azərbaycanlılar arasında fikir ayrılığı yaratmağa çalışırlar""İntepress-Nyus" bildirir ki, M.Əsədov irqi ayrıseçkiliklə bağlı başladılan istintaq çərçivəsində sorğu-sual edilir.

Məlumata görə, DTX-nın Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrıseçkilik, yəni etnik, irqi nifrət və ya nifrətə təhrik etmək, milli şərəf və ləyaqəti alçaltmaq, habelə irqi, dərinin rəngi , etnik mənsubiyyət və s. məsələlərlə bağlı insan hüquqlarının birbaşa və ya dolayı yolla məhdudlaşdırılması üzrə Gürcüstan Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” yarımbəndinə əsasən istintaq aparır.

Gürcüstan DTX-sından verilən məlumata görə, əldə olan məlumata görə, Kvemo (Aşağı) Kartli və Kaxetiya bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında fikir ayrılığı yaratmağa çalışan insanlar qrupu və bir sıra vətəndaşlar var.

Bir neçə gün əvvəl virtualaz.org-un dərc etdiyi “Azərbaycana qarşı “Gürcü marşı”?!” adlı redaksiya məqaləsində Gürcüstanda azərbaycanlılara qarşı ayrıseçkilik meylinin artması xüsusilə qeyd olunmuşdu. 2020-ci ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti qonşu ölkənin 2019-cu ildə üzləşdiyi daxili və xarici təhdidlər barədə sənəd yaymışdı. Gürcüstanın təhlükəsizlik xidmətləri əsas təhdidlər siyahısına özündə ərazilərin işğalını, Gürcüstana qarşı hibrid müharibəsini, Gürcüstan əhalisi arasında anti-Qərb, anti-Azərbaycan və anti-türk düşüncələrini təşviq etmək, ölkənin milli təhlükəsizliyinə təhdid və s. kimi məsələləri əks etdirən məqamları daxil etmişdilər.

“İki ölkə arasında gələcək əməkdaşlıq əleyhinə və millətlər arasında süni qarşıdurmalara yönəlik hər hansı bir təxribat iki millətə qarşı cinayət kimi qəbul olunmalı və qarşısı birlikdə alınmalıdır. Qarşılıqlı anlaşılmazlıqlar bəzən qonşular, hətta qohumlar və qardaşlar arasında da qaçılmaz olur. Buna baxmayaraq, hər hansı bir formada olan bütün anlaşılmazlıqlar və narazılıqlar dialoqlarla-iki xalqın milli hisslərinə toxunmadan qarşılıqlı hörmət əsasında həll olunmalıdır”,-deyə məqalədə vurğulanmışdı.



Fikrini bildir