SON XƏBƏRLƏR
TƏBİB sədri Ramin Bayramlının harada olduğuna aydınlıq gətirilib

Yazının dərc olunma Tarixi: 30/6/2020

TƏBİB sədri Ramin Bayramlının harada olduğuna aydınlıq gətirilib
“Karantin rejiminin nəticə verməməsi söhbəti düzgün deyil. Çünki nəticə özünü göstərir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib: “Bugünkü gündə tibb müəssisəsindən kənarda heç kimi müalicə etmirik”.

Y.Qarayeva əlavə edib ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iş başındadır: “O REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”.



Fikrini bildir