SON XƏBƏRLƏR
Xaçmazda karantində toy etmək istəyənlər saxlanıldı

Yazının dərc olunma Tarixi: 6/7/2020

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıblar.

Xaçmazda karantində toy etmək istəyənlər saxlanıldıDaxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 5-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin və PB-nin əməkdaşları göstərilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə aparılıblar.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.



Fikrini bildir