SON XƏBƏRLƏR
Biləsuvar Polis Şöbəsinə yeni rəis təyin edildi

Yazının dərc olunma Tarixi: 6/7/2020

Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Biləsuvar Polis Şöbəsinə yeni rəis təyin edildiMəlumata görə, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.

Nəsib Məmmədov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.



Fikrini bildir