SON XƏBƏRLƏR
Bakıda yenidən polis postları quruldu

Yazının dərc olunma Tarixi: 10/7/2020

Paytaxtda polis postlarının fəaliyyəti bərpa edilib.

Bakıda yenidən polis postları qurulduBu gün səhər saatlarından paytaxtın bir neçə istiqamətində yollarda avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Postlarda yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmırlar.

Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək: "Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa, sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır".



Fikrini bildir