SON XƏBƏRLƏR
Quba və Xaçmazda məclis təşkil edənlər cərimələndi

Yazının dərc olunma Tarixi: 13/7/2020

Ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyevin oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

Quba və Xaçmazda məclis təşkil edənlər cərimələndiDİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz RPŞ Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb.

Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.



Fikrini bildir