SON XƏBƏRLƏR
Koronavirusla mübarizəyə cəlb olunan həkimə şiddətli töhmət verilib

Yazının dərc olunma Tarixi: 5/8/2020

Koronavirusla mübarizəyə cəlb olunan həkimə şiddətli töhmət verilib
Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən həkim Sevda Nəsibovaya şiddətli töhmət verilib.

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd olunub ki, S.Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum videoda yanlış məlumatlar yaydığı, əhali arasında çaşqınlıq yaratdığı və görülən işlərə kölgə saldığına görə şiddətli töhmət alıb.

Töhmət alan həkimin Azərbaycanın görkəmli aşığı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin (Ədalət Nəsibovun) gəlini olduğu bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda S.Nəsibova həkimlər üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edib.



Fikrini bildir