SON XƏBƏRLƏR
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları irəli verdilər

Yazının dərc olunma Tarixi: 30/10/2020

Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları irəli verdilər
Xəbər verdiyimiz kimi, ötən gün separatçı rejimin “rəhbəri” Araik Arutyunyan öz ordusuna yalvarıb.

O, yaydığı videomüraciətdə Azərbaycan Ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu qeyd edib.

Yalvarış tonundan məğlubluq yağan Araikin bu çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsindən döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan Ordusunun qarşısına çıxmağa qorxur.



Fikrini bildir