SON XƏBƏRLƏR
Türkiyədən Azərbaycana yola salınan 11 TIR-dan ibarət yardım karvanı Samsuna çatdı

Yazının dərc olunma Tarixi: 31/10/2020

Türkiyədən Azərbaycana yola salınan 11 TIR-dan ibarət yeni yardım karvanı bu gün Gürcüstanla sərhədə yaxın Samsun bölgəsinə çatıb. Qızıl Aypara Cəmiyyətinin Samsun regional şöbəsi tərəfindən qarşılanan yardım karvanını əllərində Türkiyə və Azərbaycan bayraqları tutmuş çoxsaylı yerli sakinlər Gürcüstana yola salıb.

Türkiyədən Azərbaycana yola salınan 11 TIR-dan ibarət yardım karvanı Samsuna çatdıYardım karvanı Qarabağdakı hərbi əməliyyatlardan zərər çəkənlər üçün isti paltar, odeyallar, çadırlar, qida bağlamaları, cərrahi maskalar, ayaqqabı, qış geyimləri, gigeyena vasitələri və s. daşıyır.

Həmin yardım karvanı oktyabrın 28-də İstanbuldan yola salınmışdı və bu gün Samsuna çatıb. Türk Qızılay Mərmərə Regional Fövqəladə İdarəetmə Mərkəzindən yola salınan 11 TIR təxminən 5 gün sonra Azərbaycana çatacağı açıqlanmışdı.

Karvanın yola salınması mərasimində Türk Qızılayının başqan müavini İsmayıl Hakkı Turunç çıxışında deyib: “Əsas arzumuz Azərbaycanın illərdir işğal altında olan torpaqlarının azad edilməsi, bu torpaqlardan didərgin düşən insanların yenidən öz yurdlarına dönməsidir. Uzun illərdir davam edən bu sıxıntı sadəcə oradakı Azərbaycan xalqını deyil, Türk millətini də dərindən yaralayıb. Başlayan azadlıq mücadiləsi, torpaqların azad edilməsi bizi də sevindirdi. Qardaşlıq vəzifəsi olaraq əlimizdən gələn və onların da ehtiyac duyduğu, millətimiz tərəfindən toplanan yardımları buradan göndəririk. 11 TIR-ın içərisində qida, geyim, təmizlik vasitələri var. Bu yardım kampaniyası davam edəcək”.

Türk Qızılayının başlatdığı kampaniyaya qoşulmaq istəyənlər bunun üçün www.kizilay.org.tr saytına daxil ola bilərlər. Habelə 168 qaynar xəttinə, poçta şöbələrinə, banklara da müraciət edib yardımlarını müvafiq hesaba köçürə bilərlər.



Fikrini bildir