SON XƏBƏRLƏR
Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma

Yazının dərc olunma Tarixi: 6/11/2020

Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma
Azərbaycanda koronavirusa (COVID-19) 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 14257 nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

Ümumi ölənlərin sayı 811 nəfərdir.

Ümumi yoluxanların sayı 62338 nəfər, ümumi sağalanların sayı 47270 nəfərdir.



Fikrini bildir