SON XƏBƏRLƏR
Tanınmış hərbi ekspertə polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub

Yazının dərc olunma Tarixi: 10/11/2020

Tanınmış hərbi ekspertə polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub
Tanınmış hərbi ekspert Üzeyir Cəfərova polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub.

Bu barədə Üzeyir Cəfərov özü məlumat verib.

"Bu gün, noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində müraciətim əsasında həqiqi hərbi xidmətə çağırıldığıma görə xidmətdən tərxis olunana qədər mətbuatla bütün təmaslarıma fasilə verirəm. Hər kəsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!", - polkovnik bildirib.



Fikrini bildir