SON XƏBƏRLƏR
“Oğlum məzarında rahat yata bilər, Azərbaycan torpaqlarını geri aldı...”

Yazının dərc olunma Tarixi: 15/11/2020

“Oğlum indi məzarında rahat yata bilər. Azərbaycan öz torpaqlarını geri aldı”.

“Oğlum məzarında rahat yata bilər, Azərbaycan torpaqlarını geri aldı...”Bu sözləri birinci Qarabağ müharibəsində Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə igidlik göstərən , Başkəndin düşmən işğalından azad edilməsində iştirak edən və daha sonra qəhrəmancasına şəhid olan Milli Qəhrəman, məshəti türkü İsgəndər Aznavurovun anası Kamilə Mustafayeva Azərbaycan ordusunun Qarabağda qazandığı qələbə haqda Türkiyə mediasına danışarkən deyib.

İsgəndər Aznavurov Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun artilleriya bölüyünün komandiri kimi Şınıx bölgəsində gedən döyüşlərdə düşmənə qan uddurub. Hazırda Ermənistanla sərhədin Şınıx bölgəsindən keçən hissəsində ordumuzun ən strateji mövqelərindən biri “İsgəndər qalası” adlanır və Milli Qəhrəmanın adını daşıyır.

Hazırda Türkiyədə yaşayan Kamilə Mustafayeva İHA müxbiriə danışıb və deyib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı zəfərdən sonra oğlunun ruhunu şad olub. “Azərbaycanı təbrik edirəm, torpaqlar alındı, Allahıma şükürlər olsu. Mənim oğlum 1993-cü ildə şəhid oldu. Onun və bütün digər şəhidlərin ruhu şad olsun. Rahat uyusunlar, çünki Azərbaycan torpaqlarını geri aldı. Çox gözlədik, amma sonunda torpaqlar geri alındı, biz də bütün dərdlərimizi unutduq. Azərbaycan torpaqlarını heç kim ala bilməz. Ataların bir sözü var-“Özgə atına minən tez düşər”. O ermənilər də bu şəkildə getdi və torpaqlar yenidən bizim oldu. Şəhid olan bütün əsgərlərimizə Allah cənnət nəsib etsin, analarına da səbr versin. Mən qeyrətliyəm, dözümlüyəm, amma torpaqlar alınandan sonra içim rahatladı. Azərbaycana salamım var, Azərbaycan başını heç zaman əyməsin. Artıq balalarımızın ruhu şad oldu”,-Milli Qəhrəmanın anası deyib.

Milli Qəhrəmanın qızları Mədinə Aznavurş Zuina Aznavur və nəvələri də indi Türkiyədə yaşayır. Ataları şəhid olanda onlar azyaşlı idi, indi deyirlər ki, Qarabağda heç vaxt olmasala da o torpaqlara getmək istəyirlər. “Atamın o torpaqlar uğrunda şəhid olmasından qürur hissi keçirirəm. Qələbəyə görə çox xoşbəxtəm və qürurluyam. Bütün Azərbaycan xalqı kimi biz məshəti türkləri də çox xoşbəxtik”, - İsgəndər Aznavurovun qızı Mədinə bildirib.



Fikrini bildir