SON XƏBƏRLƏR
Nardaranda qəbiristanlıqda silah-sursat tapılıb

Yazının dərc olunma Tarixi: 21/11/2020

Nardaranda qəbiristanlıqda silah-sursat tapılıb
Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.



Fikrini bildir