SON XƏBƏRLƏR
Karantin rejiminin müddəti uzadıldı

Yazının dərc olunma Tarixi: 21/11/2020

Karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti bu gündən 28 dekabr tarixinədək uzadılıb.

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi xarakter daşıyır. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Maskalardan istifadə qaydalarına nəzarəti DİN-in polis və hərbi qulluqçularından təşkil olunan naryada qrupları həyata keçirir. Paytaxtda və ətraf qəsəbələrdə aparılan reydlərdə insanların fəaliyyətinə icazə verilən yerlərdə maskadan istifadəsinə nəzarət həyata keçirildi, onlarla profilaktik söhbətlər aparıldı.

Elşad Hacıyevin sözlərinə görə mütəmadi aparılan anoloji reydlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, qaydalara riayət etməyən fiziki şəxslər 100, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat miqdarında cərimə edilir.



Fikrini bildir