SON XƏBƏRLƏR
Beyləqanda karantin qaydalarını pozan iki COVID-19 xəstəsi aşkarlandı

Yazının dərc olunma Tarixi: 1/12/2020

Beyləqanda karantin qaydalarını pozan iki COVID-19 xəstəsi aşkarlandı
Beyləqanda COVID-19 xəstələri barədə qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri V. Hüseynovun və N. Nəsirlinin yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları aşkarlanıb. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar. Hər iki şəxslə profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmalarının zəruruliyi onların diqqətinə çatdırılıb.

Beyləqan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Fikrini bildir