SON XƏBƏRLƏR
Azərbaycanda bir dəqiqəlik sükut olacaq

Yazının dərc olunma Tarixi: 20/1/2021

Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Bunu açıqlamasında İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: “Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”.



Fikrini bildir