SON XƏBƏRLƏR
Tovuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib - ƏMR

Yazının dərc olunma Tarixi: 20/1/2021

Tovuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib - ƏMR
Tovuz rayon Polis Şöbəsinin rəisi işdən azad edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hazırda onun yerinə təyinat yoxdur.

Polis Şöbəsi rəis vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytnanatı Şahlar Cəfərova həvalə edilib.



Fikrini bildir