SON XƏBƏRLƏR
II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb

Yazının dərc olunma Tarixi: 27/9/2021

II Fəxri xiyabanda şəhidlərin xatirəsi yad edilib, yaylım atəşi açılıb

27 sentyabr - Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti II Fəxri xiyabana yürüş edib.

"Pravdainfo" xəbər verir ki, yürüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Azərbaycanın Dövlət Himnini səsləndirib, saat 12:00-da yaylım atəşi açılıb.



Fikrini bildir