SON XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib

Yazının dərc olunma Tarixi: 17/1/2022

Ədliyyə Nazirliyinin qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib
Bu gün, Ədliyyə Nazirliyinin qarşısında eks prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib. Aksiya “Mişa sektoru” tərəfindən təşkil edilib. Etirazçılar ədliyyə naziri Rati Breqadze ilə görüş tələb ediblər. Onlar, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftarlar olduğunu, hazırda onun səhhətindən isə xəbərdar olmadıqlarını bildiriblər. Etirazçılar qeyd ediblər ki, şəxsi həkimi və həkimlər şurasının üzvləri Saakaşvili ilə görüşə buraxılmır.
Etirazçılar ədliyyə nazirinə iki gün vaxt veriblər və şəxsi həkim və həkimlər şurasının üzvlərini iki gün ərzində Saakaşvilinin yanına buraxmasalar, daimi mitinqlərə başlayacaqlarını bildiriblər.



Fikrini bildir