SON XƏBƏRLƏR
"Çox güman ki, Azərbaycanda qalmayacağam" - Prosineçki

“Bir dəfə demişəm ki, yeni təkliflər üzərində çalışacağam. AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.
"Çox güman ki, Azərbaycanda qalmayacağam" - Prosineçki
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibəsində deyib.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bu iddiaları təkzib edib: “Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol gəlmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu, baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.


Fikrini bildir