SON XƏBƏRLƏR
UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb

UEFA Azərbaycanın 4 klubuna maliyyə vəsaiti ayırıb. "Report"un məlumatına görə, vəsait kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərdən seçmə mərhələlərdə iştirak edən klublar üçün bölüşdürülüb.
UEFA seçmə mərhələlərdə təmsil olunan Azərbaycan klublarına vəsait ayırıb
19 iyul 2016-cı il tarixli 39 nömrəli məktuba və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, “Qarabağ”a 75 450 avro, “Neftçi”yə 33 220 avro, “Qəbələ”yə 50 960 avro, “Kəpəz”ə isə 33 220 avro ödənilib. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada köçürülüb.


Fikrini bildir