SON XƏBƏRLƏR
AFFA “Qarabağ” və “Keşlə”nin futbolçularını cəzalandırıb

Yazının dərc olunma Tarixi: 4/4/2018

AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Coşqun Diniyevlə “Keşlə”nin oyunçusu Sezar Meza Kollini 3 oyunluq cəzalandırıb.
AFFA “Qarabağ” və “Keşlə”nin futbolçularını cəzalandırıb
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, buna səbəb onların Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmalarıdır.

Futbolçulara verilmiş üç oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Həmçinin klublar 2400 manat cərimələnib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.



Fikrini bildir