SON XƏBƏRLƏR
Farfan xəstəxanaya yerləşdirildi – huşunu itirib

Yazının dərc olunma Tarixi: 23/6/2018

Peru millisinin hücumçusu Cefferson Farfan komandasının son məşqində başından zədə alıb.
Farfan xəstəxanaya yerləşdirildi – huşunu itirib
Qol.az-ın depor.com saytına istinadən yaydığı xəbərə görə, top uğrunda mübarizə zamanı komanda yoldaşı ilə toqquşan 33 yaşlı hücumçu huşunu itirib. O, dərhal Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Farfanın durumunun qanaətbəxş olduğu və yalnız ehtiyat tədbiri olaraq hələlik klinikadan buraxılmadığı bildirilir.

Xatırladaq ki, Peru millisi qrup mərhələsində son oyununu iyunun 26-da Soçidə Avstraliyaya qarşı keçirəcək.



Fikrini bildir