SON XƏBƏRLƏR
“Barselona” rəsmisi: "Türkiyədən gələn xəbərlər xoş deyil"

Yazının dərc olunma Tarixi: 18/10/2018

"Barselona” klubunun mətbuat xidmətinin rəhbəri Xosep Vives, türkiyəli futbolçu Arda Turan haqda açıqlama verib.
“Barselona” rəsmisi: "Türkiyədən gələn xəbərlər xoş deyil"
Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, Vives Arda haqda bunları deyib:

"Yaşanan hadisələr üzücüdür, Türkiyədən gələn xəbərlər xoş deyil. Arda yaxından tanıdığımız, yaxşı münasibətlərimizin olduğu futbolçudur. Baş verənləri yaxından izləyirik, ancaq mövzu ilə bağlı nəsə demək istəmirəm”.

Ötən mövsüm "Barselona”dan "Başakşəhər” klubuna 2,5 illik icarəyə verilən Ardanın, Kataloniya təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi var.

Arda türkiyəli müğənni Berkay Şahinlə gecə klublarından birində dalaşıb və mügənni futbolçunu məhkəməyə verib.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30