SON XƏBƏRLƏR
“Qəbələ” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb

Yazının dərc olunma Tarixi: 3/2/2019

Fevralın 3-də Azərbaycan Premyer Liqasının XV turunun növbəti oyunu keçirilib.
“Qəbələ” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçilən qarşılaşmada şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. Fasilədən sonra da bərabər səviyyəli oyun müşahidə olunub. Qarşılaşmanın əsas vaxtının bitməsinə altı dəqiqə qalmış qəbələlilər hesabı açmağa nail olublar. “Qəbələ” klubunun fransız legioneri Stiven Monroz uzaq məsafədən baxımlı qola imza atıb – 1:0. Qoldan sonra var qüvvəsi ilə irəli atılan sumqayıtlıların cəhdləri uğursuz olub və hesab dəyişməyib.

Beləliklə, “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi ilk oyununda qələbə qazanıb. Bu qələbən sonra xallarını 20-yə çatdıran “Qəbələ” 5-ci, “Sumqayıt” isə 15 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, tur 18:30-da başlayacaq “Qarabağ”-“Neftçi” oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.

Xatırladaq ki, XV tura fevralın 2-də start verilib. İlk matçda “Zirə” doğma meydanda “Sabah”a (0:2), “Keşlə” isə “Səbail”ə (0:3) məğlub olublar.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28