SON XƏBƏRLƏR
“Qarabağ”-“Neftçi” matçı heç-heçə başa çatdı

Yazının dərc olunma Tarixi: 3/2/2019

Fevralın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Qarabağ”-“Neftçi” görüşü 1:1 hesabı ilə başa çatıb.
“Qarabağ”-“Neftçi” matçı heç-heçə başa çatdı
AZƏRTAC xəbər verir ki, hər iki qol birinci hisssədə vurulub. Əvvəlcə 7-ci dəqiqədə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana hesabı açıb. Matçın 30-cu dəqiqəsində isə Mboc dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib.

İkinci hissədə tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib. Əvəzində isə hər komandadan bir futbolçu – “Neftçi”dən Krivotsyuk, “Qarabağ”dan isə Qara Qarayev qırmızı vərəqə ilə cəzalandırlaraq meydanı tərk edib.

Qeyd edək ki, “Qarabağ”ın start heyətində Şahrudin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Donald Qerye, Dani Kintana, Riçard Almeyda, Filip Ozoviç, Abdullah Zubir və Bədavi Hüseynov yer alıblar.

“Neftçi” komandasının ilk onbirliyində isə meydana Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivatsyuk, Emin Mahmudov (k), Baqali Dabo, Vanqelis Plattelas, Tural Axundov, Mirabdulla Abbasov, Kirilo Petrov, Ömər Buludov və Soni Mustivar çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Rəvan Həmzəzadə idarə edib. Ona Knyaz Əmiraslanov və Vüqar Bayramov kömək ediblər. Matçın dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirib. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Rüfət Əmirov olublar.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28