SON XƏBƏRLƏR
Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub

Yazının dərc olunma Tarixi: 4/3/2019

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub
Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərindəki Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub.

Finalda o, 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Gümüş medala 17,11 metr nəticə ilə portuqaliyalı Nelson Evora, bürünc medala isə 17,10 metr göstərici ilə almaniyalı Maks Heb sahib olub.

Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.



Fikrini bildir