SON XƏBƏRLƏR
KƏMALƏDDİN HEYDƏROVUN OĞLU İSTEFA VERDİ?

Yazının dərc olunma Tarixi: 10/4/2019

“Qəbələ” İdman Klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu barədə klubun rəsmi saytına istinadla “Report” məlumat yayıb.
KƏMALƏDDİN HEYDƏROVUN OĞLU İSTEFA VERDİ?
T.Heydərov 13 ilə yaxın, 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.

İstefanın səbəbləri haqda heç bir məlumat verilmir.

Xatırladaq ki, T.Heydərov atasının qurduğu böyük biznes imperiyasının – “Gilan” Holdinqin başında durur. “Qəbələ” İdman Klubu da “Gilan”a daxil olan çoxsaylı şirkətlərdən biridir.



Fikrini bildir