SON XƏBƏRLƏR
Çempionlar Liqasında ingilis finalı

Yazının dərc olunma Tarixi: 9/5/2019

Amsterdamın “Yohan Kroyf Arena” stadionunda UEFA Çempionlar Liqasının ikinci yarımfinal cütünün cavab görüşü başa çatıb.

Virtualaz.org xəbər verir ki, “Ayaks” öz meydanında İngiltərənin “Tottenhem” klubunu qəbul edib və 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, İngiltərə komandası ÇL-in finalına vəsiqə qazanmış ikinci klub olub. Dünən ilk vəsiqəni yenə də İngiltərənin “Liverpul” komandası qazanmışdı.

“Tottenhem” – “Liverpul” finalı iyunun 1-də Madriddə keçiriləcək.



Fikrini bildir