SON XƏBƏRLƏR
UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya oldu

Yazının dərc olunma Tarixi: 10/6/2019

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasının qalibi müəyyənləşib. Virtualaz.org xatırladır ki, "dördlər finalı"nın həlledici oyununda Portuqaliya və Hollandiya millisi qarşılaşıblar.
UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya oldu
Fernandu Santuşun baş məşqçi olduğu Portuqaliya yığması finalda qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

Bu, Portuqaliya millisinin Santuşun rəhbərliyi altında əldə etdiyi ikinci tituldur. Belə ki, daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala isə İngiltərə sahib olub. Komanda İsveçrəyə penaltilər seriyasında qalib gəlib-6:5.

***
16:20 (09.06.2019)

Bu gün UEFA Millətlər Liqasının final qarşılaşması keçiriləcək.

Virtualaz.org bildirir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşacaqlar.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.



Fikrini bildir