SON XƏBƏRLƏR
İslandiyada Türkiyə millisinə qarşı hörmətsizlik - VİDEO

Yazının dərc olunma Tarixi: 10/6/2019

Avro-2020-nin seçmə mərhələsində sabah İslandiyanın qonağı olacaq Türkiyə yığması Reykyavikə yollanıb.
İslandiyada Türkiyə millisinə qarşı hörmətsizlik - VİDEO
Qol.az xəbər verir ki, "ay-ulduzlular" hava limanında xoş olmayan sürprizlə üzləşib. Komanda iki saat pasport yoxlanışında gözləyib.

Komandanın kapitanı Burak Yılmaz jurnalislərə açıqlamasında buna etirazını bildirib: "Etdikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar. Təkrar-təkrar yoxlayırlar. Biz 6,5 saat uçmuşuq, 3 saat da burda gözləyirik".

Türklər İslandiyanın paytaxtında daha bir hörmətsizliklə qarşılaşıb. Yığmanın yarımmüdafiəçisi Əmrə Bəlözoğlu müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs ona mikrofon əvəzinə tualet fırçası uzadıb. Əmrə buna heç bir reaksiya verməyib.

Baş verənlərlə bağlı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Twitter-də açıqlama yayıb. "İslandların etdiyi nə diplomatik nə də insani baxımdan qəbul ediləndir. Heç kimin şübhəsi olmasın, lazımi işləri görəcəyik" - deyə o qeyd edib.

Sabah keçiriləcək İslanidya - Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




Fikrini bildir