SON XƏBƏRLƏR
Slovakiya Bakıda Azərbaycan millisini darmadağın etdi-5:1

Yazının dərc olunma Tarixi: 12/6/2019

85-ci dəqiqədə Xançko Slovakiya komandasının 5-ci qolunu vurub-1:5.
Slovakiya Bakıda Azərbaycan millisini darmadağın etdi-5:1
Oyun Azərbaycan yığması üçün bu biabırçı hesabla da başa çatıb.

***
21:26

Oyunun 2-ci hissəsi gedir. 57-ci dəqiqədə qonaqların kapitanı Marek Hamşik özünün 2-ci, komandasının 4-cü qolunu vurub-1:4.

***
20:38

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında 4-cü qol vurulub.

Virtualaz.org bildirir ki, 27-ci dəqiqədə Kuçka cərimə zərbəsindən hesabı artırıb-0:2.

29-cu dəqiqədə Ramil Şeydayev həmin qollardan birinin əvəzini çıxıb-1:2.

Amma 30-cu dəqiqədə qonaqların kapitanı Marek Hamşik fərqi yenidən 2 topa çatdırıb. Hazırda Slovakiya 3:1 hesabı ilə öndədir.

***
20:16

Futbol üzrə Azərbaycan millisi “AVRO 2020”nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Virtualaz.org bildirir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasını qəbul edir.

8-ci dəqiqədə hesab açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib-0:1.

***
19:34

“AVRO 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da qarşılaşacaq futbol üzrə Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

Virtualaz.org bildirir ki, millimizin start heyətində Səlahət Ağayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Qara Qarayev, Riçard Almeyda, Rəşad Eyyubov, Ramil Şeydayev, Araz Abdullayev və Ağabala Ramazanov yer alıblar.

Slovakiya seçməsinin heyətində isə meydana Martin Dubravka, Peter Pekarik, Denis Vavro, Albert Ruşnak, Robert Bojenik, Milan Şkriniar, David Hançko, Marek Hamşik, Yuray Kuçka, Robert Mak və Stanislav Lobotka çıxacaqlar.

Matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmamızın “E” qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “AVRO 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.



Fikrini bildir