SON XƏBƏRLƏR
“Neftçi”: “Qalatasaray”- 1:3-YENİLƏNİR

Yazının dərc olunma Tarixi: 17/9/2020

“Neftçi”: “Qalatasaray”-  1:3-YENİLƏNİR
“Neftçi” avrokuboklarda növbəti matçını keçirir. Belə ki, Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə görüşür. Klubumuz İstanbul klubu ilə bir matçdan ibarət duelin qarşılaşmasına Bakı Olimpiya Stadionunda çıxıb, hazırda oyun davam edir. İlk raundda Şimali Makedoniyanın “Şkupi” komandasını 2:1 hesabı ilə məğlub edən bakılılar qonşu ölkənin ən titullu klubunu da mübarizədən kənarlaşdırmağa çalışacaq.

“Neftçi” – “Qalatasaray” cütünün qalibinin növbəti mərhələdəki rəqibi də bu gün bilinəcək. Bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayıb.

Avropa Liqası

II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) - 0:0
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Vojislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renan Alves de Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tavares Dias.
Baş məşqçi: Füzuli Məmmədov.
"Qalatasaray": 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarraçi, 45. Markao Teyşeyra, 54. Emre Kılınç, 90. Mbaye Dian.
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Ömər Elabdellaui, 9. Radamel Falkao, 15. Ryan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.
Baş məşqçi: Fatih Terim.



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31