SON XƏBƏRLƏR
“San Siro”nun işçiləri “Borussiya” klubunun futbolçusunu stadiona buraxmaqdan imtina edib

Yazının dərc olunma Tarixi: 22/10/2020

“San Siro”nun işçiləri “Borussiya” klubunun futbolçusunu stadiona buraxmaqdan imtina edib
Milan şəhərinin “San Siro” stadionunun mühafizəçiləri “Borussiya” klubunun futbolçusu Markus Türamı Çempionlar Liqasının qrup mərhələsində “İnter”ə qarşı oynamasına mane olublar.

Bu barədə “Borussiya” klubunun rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Stadionun girişində arenanın təhlükəsizlik xidmətinin əməkdaşları oyunçunu saxlayaraq, ondan şəxsiyyətini təsdiq edən sənədini tələb ediblər.

Sənədlərinin üstündə olmadığını bildirən M.Türam “Borrusiya”nın futbolçusu olduğunu sübut etmək üçün internetdən istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, “İnter” - “Borussiya” oyunu qollu heç-heçə ilə (2:2) bitib.



Fikrini bildir