SON XƏBƏRLƏR
Qurban Qurbanov koronavirusa yoluxub - YENİLƏNİB

Yazının dərc olunma Tarixi: 29/11/2020

Qurban Qurbanov koronavirusa yoluxub - YENİLƏNİB
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

***
16:51

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.

Report xəbər verir ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.



Fikrini bildir