SON XƏBƏRLƏR
İran metrosunda din xadiminə hücum edilib, 1 nəfər ölüb, azı 15 nəfər yaralanıb - Video

Yazının dərc olunma Tarixi: 15/7/2017

İran metrosunda din xadiminə soyuq silahla hücum edilib.
İran metrosunda din xadiminə hücum edilib, 1 nəfər ölüb, azı 15 nəfər yaralanıb - Video
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, hadisə ölkənin paytaxtı paytaxt Tehranın yaxınlığında yerləşən Rey şəhərində baş verib.
Belə ki, iyul ayının 15 səhər saatlarında metro stansiyasının içərisində naməlum şəxs din xadiminə (molla) bıçaqla hücum edib. Bu zaman ətrafda olan şəxslər münaqişəyə qoşulub.
Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub, nəticədə azı 15 nəfər bıçaq və güllə yarası alıb.
Son məlumatlara əsasən hücum edən şəxs polisin açdığı atəş nəticəsində öldürülüb.




Fikrini bildir